Advertisment

Rus ordusu BTR-MDM “Rakuşka-M” texnikasının yeni partiyası ilə təchiz edilib

“Yüksək dəqiqlikli sistemlər” (“Высокоточные комплексы”) holdinqi rus ordusunu BTR-MDM “Rakuşka-M” zirehli transportyorlarının yeni partiyası ilə təchiz edib.

Herbiand.az bildirir ki, bu barədə “Rostex” dövlət korporasiyası “Telegram”da məlumat yayıb.

Çatdırılma dövlət müdafiə sifarişi çərçivəsində həyata keçirilib. Texnika bütün sınaqlardan keçib.

Dövlət korporasiyasından bildirilib ki, BTR-MDM “Rakuşka-M” pilotsuz uçan aparatların idarəetmə xətlərinin sıxışdırılması sistemləri, yuxarı yarımkürə mühafizə dəstləri, infraqırmızı və radar spektrində görmə qabiliyyətini azaltmaq üçün “Nakidka” dəsti ilə təchiz edilib.

Bəxtiyar CƏFƏRLİ