Advertisment

Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Valensiya bölgəsində baş verən daşqınlar zamanı həyatını itirənlərlə bağlı başsağlığı verib.

Herbiand.az xəbər verir ki, bu barədə XİN-in paylaşımında qeyd edilib.

“Həyatını itirənlərə və baş verən itkilərə görə kədərləndiyimizi bildiririk. Bu təbii fəlakətdə həyatını itirənlərin ailələrinə və İspaniya hökumətinə başsağlığımızı çatdırırıq”.