“Ermənistanın COP29-da iştirakının ilkin şərti erməni hərbi əsirlərin azad edilməsi olmalıdır”.
Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində “Ermənistan” blokundan olan deputat, Daşnaksütyun ali orqanının nümayəndəsi İşxan Saqatelyan deyib.
Saqatelyanın sözlərinə görə, nə qədər ki, erməni hərbçilər Azərbaycanda saxlanılır Ermənistan nümayəndə heyəti Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak edə bilməz:
“Bəli bu, İrəvan üçün əsas və vacib ilkin şərtlərdən biri olmalıdır. Və bu tələb yerinə yetirildikdən sonra da Ermənistan tədbirdə iştirak edərsə, Azərbaycanın təcavüzü, Qarabağda etnik təmizləmə, soyqırımı, eləcə də Azərbaycan qoşunlarının suveren torpaqlarımızda yerləşməsi ilə bağlı mövcud olan digər problemlərin gündəmə gətirilməsi çox vacibdir. Əgər Ermənistan bu tələblərdən əl çəkərək COP29-da iştirak edərsə, onda növbəti dəfə Azərbaycanın aqressiyasını və Qarabağdakı etnik təmizləməni bir daha legitimləşdirəcək”.
Bəxtiyar CƏFƏRLİ