Moldovada prezident seçkilərinin 2-ci turunda Maya Sandu qalib gəlib.
Kişinyov texnoparkının binasında, Avropayönlü hakim Fəaliyyət və Həmrəylik partiyasının ikinci müddətə namizədliyini irəli sürən hazırkı prezident Maia Sandunun qərargahında 150 könüllü və parlament üzvü bu seçkilərin nəticələrini sürəkli alqışlarla qarşılayıb.
İlkin səslər hesablanarkən onun rəqibi, Rusiyayönlü müxalifətçi Sosialistlər Partiyasının dəstəklədiyi keçmiş baş prokuror Aleksandr Stoyanoqlo liderlik edirdi.
Moldovanın avropapərəst kursu bir daha diaspora tərəfindən dəstəkləndi və rekord sayda, 300 min nəfər seçkidə iştirak etdi.
Beləliklə seçkinin taleyi həll olundu.