Advertisment

Moskvadakı istintaq təcridxanasında partlayış olub - İki nəfər yaralanıb

Moskvada yerləşən 3 nömrəli İstintaq Təcridxanasında baş verən partlayış zamanı 2 nəfər xəsarət alıb.

Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, partlayışa səbəb müəssisənin ərazisində aparılan qaynaq işləri zamanı təhlükəsizlik texnikası qaydalarına riayət edilməməsi olub. Ərazidəki qaz balonlarından birinin iş icraçılarının səhvi nəticəsində partladığı açıqlanıb. Nəticədə iki nəfər ağır yaralanıb .

İkin informasiyaya əsasən, onların vəziyyəti ağırdır.