Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün səhər Kiyevə səfər edib. O, Polşadan gecə qatarı ilə Ukraynanın paytaxtına gəlib.
Herbiand.az bu barədə RBC-Ukraynaya istinadən xəbər verir.
“Təxminən min gündür ki, Putinin müharibəsi ukraynalıların gündəlik həyatını sarsıdır. Lakin onların cəsarətini və azad Ukraynada təhlükəsiz həyata ümidini yox”, - Berbok gələrkən deyib.
Bununla belə, nazir bildirib ki, Kiyev Şimali Koreyanın silah yardımı və Rusiyanın mülki infrastruktura kütləvi aviazərbələri nəticəsində şiddətlənən müharibənin üçüncü qışına girdiyi üçün Ukraynanın sağ qalmasını təmin etmək üçün dəstəyə ehtiyacı var: “Biz bu qəddarlığa insanlığımız və dəstəyimizlə qarşıyıq ki, ukraynalılar nəinki qışdan sağ çıxa bilsinlər, həm də ölkələri sağ qala bilsin. Çünki onlar Avropada bizim hamımızın azadlığını da qoruyurlar”.
Ukraynada axırıncı dəfə may ayında olan Almaniya xarici işlər naziri burada prezident Vladimir Zelenski və ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşməlidir.
Bəxtiyar CƏFƏRLİ