Advertisment

Medvedev: Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahuya dair qərarını tanımır

Moskva İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) legitimliyini tanımır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində deyib.

“Rusiya Beynəlxalq Cinayət Məhkəməsini tanımır və onu qeyri-legitim hesab edir”, - Medvedev qeyd edib.