Advertisment

Deputat quru sərhədləri ilə bağlı danışdı: "Açsaq, 100 minlərlə qaçqın..."

“Quru sərhədlərinin açılması 100 minlərlə şəxsin ölkəyə axını ilə nəticələnə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc plenar iclasda çıxışı zamanı deyib.

O bildirib ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən təsirlənən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələlənə bilər:

“İranda hərbi zərbələrdən qorunmaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”.