Advertisment

Daxili işlər naziri Balakəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 4-də Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Herbiand.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 3-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.