Noyabrın 25-də səhər tezdən Leypsiqdən uçan DHL yük təyyarəsi Vilnüsə eniş zamanı qəzaya uğrayıb.
Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, təyyarənin pilotu həlak olub, göyərtəsində olan daha iki nəfər xəstəxanaya yerləşdirilib. Yerdə heç kim xəsarət almayıb.
Litva polisinin məlumatına görə, təyyarənin göyərtəsində bir Almaniya, bir Litva və iki İspaniya vətəndaşı olub. İspaniya vətəndaşları dünyasını dəyişib.
Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi bildirib ki, təyyarə qəzasına “texniki problemlər” səbəb ola bilər.