Advertisment

Su-34 təyyarələrinin növbəti partiyası rus ordusuna verilib

Birləşmiş Aviasiya Korporasiyası Rusiya Aerokosmik Qüvvələrinə yeni Su-34 qırıcı-bombardmançı təyyarələrinin növbəti partiyasını təhvil verib.

Herbiand.az bu barədə TASS agentliyinə istinadən bildirir.

Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Vadim Badexi deyib ki, dövlət müdafiə sifarişi üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsi Korporasiyanın əsas vəzifələrindən biridir: “Bizim əməkdaşlarımız bu mühüm işi şərəflə yerinə yetirirlər. Bu, Su-34-lərin bu il sonuncu partiyası deyil. Bu təyyarələr cəbhə aviasiyasının zərbə gücünün əsasını təşkil edir və real döyüş şəraitində öz effektivliyini göstərir”.

Korporasiya nümayəndələri əlavə ediblər ki, təyyarələr lazımi sınaqlardan keçirilib və xidməti yerlərinə gedib.

Su-34 qırıcıları bundan əvvəl oktyabrın əvvəlində rus hərbçilərinə təhvil verilb.

Bəxtiyar CƏFƏRLİ