Advertisment

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan keyfiyyətsiz minalarla bağlı araşdırma aparır

Ukrayna Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrinə yerli istehsal olan keyfiyyətsiz minaların tədarükü ilə bağlı araşdırma aparır.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrində sursat partiyasının istifadəsi dayandırılıb, onlar araşdırma üçün götürülüb”, - mesajda deyilir.

Qeyd olunur ki, mərmilərin anormal atəş açılmasının səbəbləri arasında keyfiyyətsiz tozlar və saxlama şəraitinin pozulması ola bilər.

Ukrayna Dövlət İstintaq Bürosu bu iş üzrə cinayət işinə başlayıb.

Bəxtiyar CƏFƏRLİ