Advertisment

Rusiyada “Titan” yarıavtomatik silah yaradılıb

Rusiyanın SWC şirkəti xüsusi təyinatlıların istifadəsi üçün nəzərdə tutulmuş “Titan” yarımavtomat silah yaradıb.

Herbiand.az bildirir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

308 çaplı silah Alman Heckler & Koch 417-yə bənzəyir, lakin daha yüngüldür və altı mövqeli qaz tənzimləyicisi ilə təchiz edilib. Yeni silah artıq xüsusi hərbi əməliyyat zonasında snayper və ya hücum silahı kimi istifadə olunur.

“Hərbçilər öz rəylərində dizaynın etibarlılığını və dəqiqliyini qeyd edirlər” - istehsal şirkətindən bildirilib.

Bəxtiyar CƏFƏRLİ