Advertisment

Niderland Ukraynaya döyüş təyyarələrinin göndərilməsindən danışıb

Ukraynaya İsveç və Fransa qırıcı təyyarələrinin göndərilməsinin hazırda mənası yoxdur.

Herbiand.az bildirir ki, bu fikirləri Niderland Silahlı Qüvvələrinin komandanı Onno Eyhelsheym Breaking Defence nəşrinə müsahibəsində deyib.

Eyhelsheym bildirib ki, İsveç öz Gripen qırıcılarını Ukraynaya göndərməyə hazır olsa da, bu addım heç olmasa indiki halda “məntiqli deyil”: “Uzun müddətdə bəli, [amma] mən hesab edirəm ki, Ukraynaya həddən artıq çox sistem təhvil verməkdən çəkinməliyik, çünki onların kifayət qədər pilotları yoxdur”.

Onun sözlərinə görə, bir ölkənin pilotlardan daha çox sistemə sahib olduğu bir vəziyyətdən qaçmaq lazımdır: “Çünki indiki zamanda hansı imkanların ehtiyac olduğunu qiymətləndirmək üçün balans lazımdır”.

Bəxtiyar CƏFƏRLİ