Advertisment

Putin Qarabağdan gedən generala yeni vəzifə verdi

Rusiya Ordusunun general-polkovniki Rüstəm Muradov Quru Qoşunları baş komandanının birinci müavini vəzifəsinə təyin edilib.

Herbiand.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu haqda sərəncam imzalayıb.

Xatırladaq ki, general Rüstəm Muradov 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdi.

O, 2021-ci ilin sentyabrında Qarabağdakı vəzifəsindən azad edilmişdi.

R.Muradov 2022-ci il oktyabrın 5-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının gedişi zamanı “Şərq qoşunları”na rəhbərlik etməyə başlayıb.

Rusiyanın hərbi Teleqram kanalları Muradovun bu sahədəki uğursuzluqlarda günahkar olduğunu bildirib, onu səriştəsizliyə, absurd taktiki qərarlara, böyük heyət və texnika itkilərinə görə tənqid edib.

2023-cü ilin aprelində Rüstəm Muradovun Hərbi Hava Hərbi Dairəsinin komandiri vəzifəsindən uzaqlaşdırıldığı bildirilib.