Noyabrın 29-na keçən gecə Rusiya qoşunları 132 pilotsuz uçan aparatdan istifadə edərək yenidən Ukrayna ərazisinə havadan hücum edib.
Herbiand.az xəbər verir ki, bu barədə deyə Ukrayna Hərbi Hava Qüvvələri öz Telegram kanalında bildirib:
“Düşmən Ukraynaya “Şahed” tipli 132 hücum PUA və naməlum tipli pilotsuz təyyarələrlə hücum edib”.
Məlumatda pilotsuz təyyarələrin Orel, Millerovo, Kursk və Primorsko-Axtarskdan səmaya qaldırıldığı bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin hesabatına görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri Ukraynanın Kiyev, Çerniqov, Çerkassı, Sumı, Xarkov, Poltava, Jitomir, Dnepropetrovsk, Zaporojye və Odessa vilayətləri üzərində 88 pilotsuz uçan aparatı vurmağa nail olub.
“Rusiyanın hücumu nəticəsində Ukraynanın bir sıra regionlarında infrastruktura, avtomobillərə, şəxsi və yaşayış binalarına ziyan dəyib”.
Daha 41 pilotsuz təyyarə elektron müharibə sistemlərinin işləməsi nəticəsində Ukraynanın bir sıra regionlarında “yerli olaraq itirilib”. Hərbçilər daha bir PUA-nın Rusiyaya qayıtmasına aydınlıq gətiriblər.