Advertisment

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməkdən çəkinmir” - Qaluzin

“Əvvəllər olduğu kimi, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına bütün istiqamətlərdə kömək etməkdən çəkinmirik”.

Herbiand.az xəbər verir ki, bunu noyabrın 29-da “Rusiya-Ermənistan” ikinci ictimai forumunda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Biz əminik ki, 2020-2023-cü illər üçün üçtərəfli sazişlər toplusuna uyğun olaraq irəliyə doğru koordinasiyalı hərəkət regionda davamlı sülhü təmin edəcək və onun yaradıcı potensialını üzə çıxaracaq”, - Qaluzin qeyd edib.

Bəxtiyar CƏFƏRLİ