Advertisment

İsrail Hizbullahın 2500 yüksək və orta səviyyəli komandirini öldürdüyünü bildirib

İsrail ordusu Livanda həyata keçirdiyi “Şimal oxları” əməliyyatının nəticələrinə yekun vurub.

Herbiand.az bildirir ki, bu barədə İsrailin “Today” portalı xəbər verir.

Hizbullah-ın 12500 hədəfi məhv edilib. Bunlardan 1600-dən çox komanda məntəqəsi, 1000-dən çox sursat anbarıdır. Beyrutda 360, Bqaa vadisində isə 1000-ə yaxın hədəf vurulub. İsrail Hərbi Hava Qüvvələri 11 000 döyüş uçuşu həyata keçirib. Hizbullah təşkilatının rəhbəri Həsən Nəsrullah və rəhbərliyin daha 13 üzvü zərərsizləşdirilib. Təşkilatın yüksək və orta səviyyəli komanda heyətinin ən azı 2500 üzvü öldürülüb.

155 mindən çox texnika, raketlər, döyüş sursatları, rabitə vasitələri və s. ələ keçirilib.

Bəxtiyar CƏFƏRLİ