Advertisment

Olaf Şolz gözlənilmədən Kiyevə gəlib - VİDEO

Almaniya kansleri Olaf Şolz bazar ertəsi səhər gözlənilməz səfərlə Kiyevə gəlib.

Herbiand.az xəbər verir ki, bu barədə “Spiegel” yazır.

Şolz gəldikdən sonra dediyi kimi, bu səfəri ilə Ukraynaya həmrəyliyini ifadə etmək istəyir.

O bildirib  ki, Almaniya Avropada Ukraynanın ən güclü dəstəkçisi olaraq qalacaq.

“Prezident Zelenski ilə görüşdə dekabrda tədarük edilməli olan 650 milyon avro dəyərində əlavə silahlar elan edəcəyəm”, - deyən kansler, Ukraynanın Almaniyaya arxalana biləcəyini bildirib.