Suriyadakı eskalasiyanın açıq şəkildə “Ukrayna izi” var, Rusiya bu hücumu qətiyyətlə pisləyir.
Herbiand.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Biz bu hücumu qətiyyətlə pisləyirik, onların başında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən belə tanınan terrorçular var. Diqqətinizə çatdırmaq istərdik ki, əcnəbi döyüşçülər, o cümlədən postsovet məkanından olanlar arasında “Ukrayna izi” aşkardır”.