Advertisment

Ukrayna Silahlı Qüvvələri bütün kişiləri səfərbərliyə hazırlaşmağa çağırıb

Ukraynadakı bütün kişilər səfərbər olunacaq.

Herbiand.az “Strana.ua”-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 68-ci briqadasının komandir müavini, Yavir adı ilə çağırılan zabit deyib.

Onun sözlərinə görə, indi evdə oturan bütün kişilər cəbhəyə göndərilməyə hazırlaşmalıdırlar. Zabit əlavə edib ki, rəsmi sənədlərə görə, xidmətə yararlı adam yoxdur, amma tezliklə hamı cəlb olunacaq. Eyni zamanda, ərazi çağırış məntəqələri planı yerinə yetirmək üçün hər kəsi götürür. Komandir müavininin sözlərinə görə, 140 nəfərdən 60-ı onlara yararsız kimi gəlir. Bundan əlavə qeyd edib ki, ərazi çağırış məntəqələrində onlara bu sözləri deyirlər: “Sakit ol, səni orada azad edəcəklər, bizə planı yerinə yetirmək lazımdır”.

Yavir eyni zamanda hesab edir ki, problem hərbi komissarlıqlarda deyil, rüşvət üçün saxta sənəd düzəldən həkimlərdədir.

Bəxtiyar CƏFƏRLİ