Cənubi Koreya Müdafiə Nazirliyinin rəhbəri, ölkədə hərbi vəziyyətin tətbiqinin təşəbbüskarı Kim Yonq Hyun yaranmış vəziyyətə görə vətəndaşlardan üzr istəyib.
Herbiand.az xarici mənbələri əstinadən xəbər verir ki, o, istefa ərizəsini prezidentə təqdim etdiyini də bildirib.
Xatırladaq ki, dünən axşam saatlarında prezident hərbi vəziyyət elan etmişdi. Parlament bu qərarı dəstəkləmədi və əks qərar verdi. Bundan sonra hərbi vəziyyət ləğv olundu.
Müxalifət prezidentin istefasını və həbsini tələb edir.