Advertisment

Ceyhun Bayramov və Mirzoyan Maltada görüşməyəcək

ATƏT Nazirlər Şurası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmayıb.

Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli mətbuata deyib.

Daha əvvəl bildirilib ki, dekabrın 4-dən 5-dək Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirak etmək üçün Maltaya işgüzar səfər edəcək. İkitərəfli görüşlər də planlaşdırılır.

ATƏT Nazirlər Şurasının iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

Bəxtiyar CƏFƏRLİ