General Atomics Electromagnetic Systems (GA-EMS) şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrindən 155 mm-lik artilleriya silahlarından buraxıla bilən yeni uzun mənzilli manevr mərmisinin prototipini hazırlamaq və təkmilləşdirmək üçün müqavilə alıb.
Herbiand.az bu barədə Naval News-a istinadən bildirir.
Tərtibatçıların fikrincə, qatlanan qanadlı yeni yüksək dəqiqlikli artilleriya sursatları GPS siqnalı olmadıqda 120 km məsafədə hərəkət edən hədəfləri vura biləcək.
Yeni sursat layihəsi son üç il ərzində inkişaf etdirilirdi, lakin indiyə qədər tamamilə General Atomics-in şəxsi vəsaiti hesabına maliyyələşdirilib.
Layihədə MQ-9 “Reaper” və MQ-1C “Grey Eagle” dronlarının yaradılması zamanı əldə edilmiş təcrübə nəzərə alınıb. Sensorlar və elektronikası hipersəs sistemlərindən və elektromaqnit silah dizaynlarından götürülüb.
Bəxtiyar CƏFƏRLİ