Advertisment

36 illik həbsdən sonra 104 yaşında azadlığa çıxdı

Hindistanda uzunömürlü şəxs 104 yaşında həbsxanadan azadlığa çıxıb.

Herbiand.az bildirir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Rasikt Mondal 1988-ci ildə qardaşını torpaq üstündə mübahisəyə görə öldürməkdə ittiham edilərək həbs cəzasına məhkum edilib. Onu bir il müddətinə girov müqabilində buraxıblar. Lakin Hindistan məhkəmələri onun azadlığa buraxılma tələblərini rədd etdikdən sonra yenidən həbsxanaya qayıdıb.

“Neçə il həbsdə yatdığımı xatırlamıram. Mənə elə gəlirdi ki, bu, heç vaxt bitməyəcək. Mən hətta bura nə vaxt gətirildiyimi belə xatırlamıram” - 104 yaşlı hindistanlı deyib.

Qohumları və saxlandığı cəzaçəkmə müəssisəsinin əməkdaşları onun 104 yaşında olduğunu təsdiqləyiblər.

“İndi azad olduğum üçün özümü tamamilə öz həvəsimə - həyətdə kiçik bağdakı bitkilərə qulluq etməyə həsr edə bilərəm. Ailəm və nəvələrim üçün darıxırdım. Onlarla birlikdə olmaq istəyirəm”, - Rasikt Mondal qeyd edib.

Bəxtiyar CƏFƏRLİ