Aviasiya qrupunun yüksək pilotlar komandası “Стрижи” dərin modernləşdirilmiş MiQ-29SMT qırıcılarının ilk partiyasını qəbul edib.
Herbiand.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
“Cümə axşamı, dekabrın 5-də “Стрижи”lər üçün tarixi hadisə baş verdi: nəzəri və praktiki yenidən hazırlıqdan sonra biz MiQ-29SMT-nin ilk partiyasını aldıq”, - Aviasiya qrupundan bildirilib.
“Стрижи” Aviasiya qrupunun yüksək pilotlar komandası 1991-ci ilin may ayında Moskva yaxınlığındakı Kubinka aviabazasının ən yaxşı pilotlarından 234-cü Qvardiya Proskurovski Aviasiya Alayının bazasında yaradılıb.
MiQ-29SMT tək oturacaqlı, çoxməqsədli cəbhə qırıcısıdır. MiQ-29SM qırıcısının əsaslı şəkildə yeni bort avadanlığı dəsti, genişləndirilmiş silah çeşidi və artan uçuş məsafəsi ilə modernləşdirilmiş versiyasıdır. Hündürlükdə maksimal sürət 2450 km/saat, uçuş məsafəsi 2200 km-ə qədərdir.
Bəxtiyar CƏFƏRLİ