Advertisment

Ukrayna PUA-ları Kerçə hücum edib

Cümə günü, dekabrın 6-na keçən gecə Ukrayna pilotsuz təyyarələri Kerç şəhərinə hücum edib və şəhərdə partlayışlar baş verib.

Herbiand.az “Alman Dalğası”!na istinadən xəbər verir ki, Kerçdəki gəmiqayırma zavodunun ərazisində partlayışlar baş verib, sakinlər Arşintsevo mikrorayonunda yanğın olduğunu söyləyib. Hava hücumundan müdafiə sistemi Kerç boğazında işə salınıb.

Rusiyanın ilhaq etdiyi yarımadaya hücum səhər saat 5 radələrində PUA və dəniz pilotsuz təyyarələrindən istifadə edilərək başlayıb. Səhər saat 5:17-dən etibarən Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb.