ABŞ-ın müdafiə naziri Lloyd Ostin müxtəlif ərazilərdə ABŞ-ın səylərini birləşdirməyə hesablanmış pilotsuz sistemlərlə mübarizə üçün gizli strategiya imzalayıb.
Herbiand.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder deyib.
“Bu həftə nazir müxtəlif sahələrdə, xüsusiyyətlərdə və zaman çərçivələrində belə sistemlərə qarşı mübarizəyə nazirliyin yanaşmasını birləşdirmək üçün pilotsuz sistemlərə qarşı mübarizə üzrə gizli strategiya imzaladı”, - Rayder söyləyib.
Pentaqonun sözçüsü əlavə edib ki, ABŞ nöqteyi-nəzərindən pilotsuz təyyarələr Amerika hərbçiləri, xaricdəki hərbi obyektləri və aktivləri üçün və getdikcə daha çox ABŞ ərazisində təcili və davamlı təhlükə yaradır.
Bəxtiyar CƏFƏRLİ