Almaniyanın müdafiə naziri Boris Pistorius atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsinin mümkünlüyünü etiraf edib.
Herbiand.az bildirir ki, müdafiə naziri bu barədə Deutschlandfunk-da bildirib.
Pistorius vurğulayıb ki, hazırkı mərhələdə Berlin bu ölkədə alman qoşunlarının olmasını istisna edir: “Biz bu gün bunu ciddi müzakirə edə bilmərik, amma nə vaxtsa bunu etməli olacağıq”.
Onun sözlərinə görə, Almaniya Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra nələrin baş verəcəyi ilə bağlı ssenarilər üzərində işləyir. Lakin Pistorius konkret nəyin müzakirə olunduğunu açıqlamayıb.
Bəxtiyar CƏFƏRLİ