Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putinin öz “qırmızı düymələri” və öz nüvə çamadanları var.
Herbiand.az "BelTA"ya istinadən xəbər verir ki, bu sözləri Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
Volfoviçin sözlərinə görə, bu zarafat deyil. Belarusda yerləşən nüvə silahlarından yalnız Belarus liderinin, Rusiyada yerləşən silahlardan isə yalnız Rusiya Federasiyasının prezidentinin istifadə etmək hüququ var.