Advertisment

Qriqoryan sülh müqaviləsinin mətnində bir il əvvəl ilə indikinin fərqini izah edib

2023-cü ilin dekabrında müxalifət deputatları müvafiq qaydada Bakı ilə hələ də müzakirə və razılaşma mərhələsində olan sülh müqaviləsi layihəsi ilə tanış olmaq üçün Ermənistan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladılar.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu dekabrın 6-da Ermənistan Milli Assambleyasında ənənəvi brifinqdə “Ermənistan” müxalifət blokundan olan deputat Anna Qriqoryan deyib.

Onun sözlərinə görə, ötən ilki versiyada ermənilərin Dağlıq Qarabağa (keçmiş – red.) qayıtması ilə bağlı bənd daxil edilmişdi. Lakin Ermənistan hakimiyyəti bu məsələni tədricən gündəmdən çıxarıb: “Sazişin mətninin ötənilki variantında azərbaycanlıların Ermənistana “qayıdılması”ndan söhbət getmirdi. Lakin nəzərə almaq lazımdır ki, o vaxtdan bəri müqavilə layihəsinə dəfələrlə düzəlişlər edilib və dəyişdirilib. Bunun əyani təsdiqi ötənilki versiyada kommunikasiyaların blokadadan çıxarılması məsələsinin olmasıdır, lakin sonradan sazişdən çıxarılaraq növbəti müzakirəyə buraxılıb”.

Deputatın fikrincə, eyni uğurla azərbaycanlıların “geri qayıtması” məsələsi də əlavə edilə bilərdi: “Daha sonra Bakı Konstitusiyaya dəyişiklik tələbini irəli sürüb. Ola bilər ki, “qayıtmaq” hüququ da analoji şəkildə müzakirə olunmağa başlayıb”.

Bəxtiyar CƏFƏRLİ