Dekabrın 5-də Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal polisinin Armavir regional baş idarəsinin kriminal şöbəsinin əməkdaşları külli miqdarda silah və sursat aşkar ediblər.
Herbiand.az shamshyan.com-a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Armavir vilayətinin sakinlərindən birində (44 günlük müharibə iştirakçısı) külli miqdarda silah-sursatın olması barədə əməliyyat məlumatı əldə ediblər.
Aparılan izahat işləri nəticəsində vətəndaş polisə məlumat verib ki, silah və sursatları Armavir şəhərində süd zavoduna bitişik əraziyə qoyub. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları plastik torbalarda aşkar ediblər.
Faktla bağlı cinayət işi başlanıb. Bir sıra ekspertizalar təyin edilib.
Bəxtiyar CƏFƏRLİ