Advertisment

Mamicanyan: “Paşinyan İlham Əliyevdən avtoqraf almaq üçün arxasınca qaçır”

“Ermənistanın hazırkı hakimiyyətinin Bakı ilə danışıqlar prosesində heç bir qırmızı xətti yoxdur, çünki baş nazir Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevdən avtoqraf almaq üçün arxasınca qaçır”.

Herbiand.az bildirir ki, bunu dekabrın 6-da Milli Assambleyada ənənəvi brifinqdə Ermənistan Respublika Partiyasının üzvü Hayk Mamicanyan deyib.

Deputatın sözlərinə görə, Paşinyan hazırda öz “qırmızı xəttini” səsləndirməkdən qorxur: “Əks halda, o, gələcəkdə müəyyən kampaniyalar təşkil etmək üçün növbəti yalanla çıxış etməyə məcbur olacaq”.

O bildirib ki, yuxarıda qeyd olunan avtoqrafın alınmasının Ermənistanın təhlükəsizlik sistemi, Dağlıq Qarabağ (keçmiş - red.) ermənilərinin geri qayıtması və onların öz müqəddəratını təyinetmə hüququ ilə heç bir əlaqəsi yoxdur.

Müxalifətçinin fikrincə, bütün bunlar 2026-cı illə bağlıdır: “ Paşinyana sadəcə, üzərində “sülh” yazılan “kağız parçası” lazımdır. Bu, tamamilə saxta olacaq və reallıqla heç bir əlaqəsi olmayacaq. Bu, ona sırf seçki kampaniyasının təşkili üçün lazımdır. Lakin mən Azərbaycan tərəfindən heç bir xoşməramlılıq təzahürü görmürəm. Əsirlər azad edilmir, Azərbaycan qoşunları isə Ermənistan Respublikasının suveren ərazisində (!!! – red.) qalmağa davam edir. Bundan əlavə, dövlət səviyyəsində anti-erməni ritorikası davam edir”.

Bəxtiyar CƏFƏRLİ