Trampın kişi-qadın söhbətini bir çoxları yanlış anlayıb. O, transgenderliyə qarşıdır, homoseksual münasibətlərə yox.
Herbiand.az xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərliyə məxsusdur.
Ekspert bildirib ki, Trampın təkcə ABŞ-da deyil, bütün dünyada (dolların qlobal roluna görə) ən strateji postlardan biri olan maliyyə naziri vəzifəsinə təyin etdiyi Skott Bessent açıq geydir və öz həmcinsi - Nyu Yorkun keçmiş prokuroru Con Frimen ilə rəsmən evlidir, onlar 2 uşaq böyüdür.
“Bessent həm də keçmiş "sorosçu"dur.
1991-ci ildən başlayaraq o, müəyyən fasilələrlə 2015-ci ilə qədər "Soros Fund Management"də çalışıb. Bessent 4 il (2011-15) Fondun investisiya direktoru kimi yüksək mövqe tutub.
Britaniyada 1992-ci ilin sentyabrında baş verən məşhur "qara çərşənbə"dən əvvəl Corc Sorosu funt-sterlinqin çöküşünə "stavka" qoymağa inandıran mütəxəssislərdən biri məhz Bessent olub. Nəticədə Fond 1 milyard dollardan çox gəlir əldə edib.
Tramp Bessenti bu cür təqdim edir:
"Skott dünyanın aparıcı beynəlxalq investorlarından, geosiyasi və iqtisadi strateqlərindən biri kimi hər kəsin hörmətini qazanıb. Böyük ölkəmizin 250 illiyi ərəfəsində o, Birləşmiş Ştatlar üçün yeni qızıl əsri başlatmaqda mənə kömək edəcək. Skottun hekayəsi Amerika arzusuna bir nümunədir..."
Bessent hədəflərini və təkliflərini 3-3-3 formulu üzrə bu cür ümumiləşdirib:
1. 2028-ci ilə qədər büdcə kəsirini ÜDM-in 3%-nə qədər endirmək (hazırda 6,4%-dir);
2. Dövlət tənzimləmələrini azaltmaq (derequlyasiya) yolu ilə iqtisadi böyüməni 3% artırmaq;
3. Yuxarıdakı hədəflərə çatmağın yollarından biri kimi neft hasilatını gündəlik 3 milyon barel yüksəltmək (hazırda 13,6 milyon bareldir).
Neft demişkən, Tramp enerji naziri vəzifəsinə ABŞ şist inqilabının banilərindən biri Kris Raytı təyin edib”.