Advertisment

“Rusiya Ukrayna ilə ərazi mübadiləsi etməyəcək”

Kurskda Ukrayna bölmələri məhv ediləcək və Rusiyanın regionlarından çıxarılacaq.

Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

Peskov vurğulayıb ki, Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etmək fikrində deyil.

Xatırladaq ki, bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski Kursk vilayətinin Kiyevin nəzarətində olan hissəsinin Ukraynanın Rusiya ordusunun nəzarətində olan ərazilərlə dəyişdirilə bilinəcəyi barədə fikir bildirmişdi.