İsrail Hərbi Dəniz Qüvvələri “Gabriel-5” gəmi əleyhinə raketinin sınaqdan keçirilməsini uğurla həyata keçirib. Yerli rəsmilər bunu “dünyanın ən qabaqcıl” dəniz zərbə sistemi kimi xarakterizə edirlər.
Herbiand.az bildirir ki, raket gəmiləri flotiliyası tərəfindən İsrailin Müdafiə Araşdırmaları və İnkişafı İdarəsi ilə birgə keçirilən sınaq silahın düşmənin gəmisini aşkar etmək və dəqiq vurmaq qabiliyyətini nümayiş etdirib.
İsrailin Müdafiə Nazirliyi bildirib ki, raket planlaşdırılan trayektoriyasını izləyib və hədəfə tam gözlənildiyi kimi düşüb: “Bu sursat İsrail Hərbi Dəniz Qüvvələrinin hücum arsenalının mühüm tərkib hissəsidir. Bu sınağın uğuru donanmamızın döyüş qabiliyyətini gücləndirir və onun əməliyyat çağırışlarına qarşı hazırlığını artırır”.
Bəxtiyar CƏFƏRLİ