Azərbaycan dəqiq plan həyata keçirir, o Ermənistanı “təcavüzkar” hesab edəcək, çünki Ermənistan hakimiyyəti Dağlıq Qarabağın (keçmiş – red.) olmadığını bəyan etdiyinə görə, Nikol Paşinyan Qarabağ faktorunun aradan qaldırılması məsuliyyətini Ermənistanın üzərinə ataraq sənəd imzalayıb.
Herbiand.az bildirir ki, bunu fevralın 12-də jurnalistlərlə söhbətində “Ermənistan” blokundan deputat üzvü Armen Rüstəmyan deyib.
Onun sözlərinə görə, müharibə ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Deputat ehtimal edib ki, Azərbaycan yenidən konkret şəxslərin ekstradisiya tələbi ilə İnterpola müraciət edəcək.
Rüstəmyan xatırladıb ki, Azərbaycanda bu prosesdə Ermənistandan dəstək almaq istədikləri barədə səslər var: “Başqa sözlə desək, onlar istəyirlər ki, insanlar ora gedib ifadə versinlər. Bu həm də o deməkdir ki, Bakının cəlb etmək istədiyi başqa müttəhimlər də var. Bu, ciddi prosesdir və Ermənistan hakimiyyəti yalnız indi başa düşəcək ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla nə edib”.
Bəxtiyar CƏFƏRLİ