Advertisment

İsveçrə 2028-ci ilə qədər Ukraynanın yenidən qurulmasına 1,5 milyard ayıracaq

İsveçrə Federal Şurası (hökumət) Ukraynanın yenidən qurulması, islahatları və davamlı inkişafının dəstəklənməsi üzrə 12 illik proqram çərçivəsində 2025-2028-ci illər arasında 1,5 milyard İsveçrə frankı (1,65 milyard dollar) ayrılması barədə qərar qəbul edib.

Herbiand.az bildirir ki, bu barədə hökumətin saytında yerləşdirilən məlumatda deyilir.

“12 fevral 2025-ci il tarixli iclasda Federal Şura [Ukrayna üçün] ölkə proqramının prioritetlərini müəyyən etdi. [Bura] mülki əhalinin qorunması, sülhün əldə edilməsi, iqtisadiyyatın yenidən qurulması və institutların gücləndirilməsi daxildir. Bu məqsədlər üçün 2028-ci ilə qədər beynəlxalq əməkdaşlıq büdcəsindən 1,5 milyard İsveçrə frankı ayrılıb. Federal Şuranın Ukrayna üzrə nümayəndəsi səfir Jak Gerber ölkə proqramının həyata keçirilməsinə cavabdehdir”, - sənəddə qeyd olunur.

Bəxtiyar CƏFƏRLİ