Bir neçə gün əvvəl Ermənistan tərəfinin dəvəti ilə İrəvana səfər edən və Ermənistanın baş naziri ilə görüşən CNNTürk-ün xəbər redaktoru İdris Arıkan “Blokadada olan ölkə - Ermənistanda nə danışırlar?” reportajında respublikanı son dərəcə mənfi şəkildə təqdim edib və jurnalistə yaraşmayan açıq dezinformasiya yayıb.
Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı bildirib.
Ermənistan mətbuatının bildirdiyinə görə, jurnalist 26 dəqiqəlik reportajda ölkəni qara rənglərlə təqdim edib: “Onun reportajından belə təəssürat yaranır ki, Ermənistan çox ağır iqtisadi vəziyyətdədir, hər hansı inkişaf perspektivindən uzaqdır və yeganə xilas yolu Türkiyə ilə sərhədlərin açılmasıdır”.
İdris Arıkan Ermənistanın paytaxtında İran məscidinun qarşısında hazırladığı reportajda İrəvanın türk imperiyasının şəhərlərindən biri olduğunu deyir və buna sübut kimi İran məscidini türk kimi təqdim edir.
Ermənistan mətbuatı qeyd edib ki, reportajın 18-ci dəqiqə 30-cu saniyəsindən İrəvan türk kimi təqdim olunur.
Bəxtiyar CƏFƏRLİ