Advertisment

“Tərtər işi” yenidən araşdırılır - HƏDƏFDƏ KİMLƏRDİR?

Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb.

Herbiand.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, “Tərtər işi”nin Baş Prokurorluqda yenidən istintaq olunmasına başlanılıb.

Bu məqsədlə yaradılan istintaq qrupuna digər hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib.