Advertisment

Naqasaki Rusiya nümayəndələrini bombardman qurbanlarının anım mərasiminə dəvət edəcək

Naqasaki hakimiyyəti atom bombasının ildönümünü qeyd etmək üçün keçiriləcək anım mərasimində BMT-də təmsil olunan bütün ölkələr üçün yer ayırmağı qərara alıb. Bu Rusiya, Belarus və Şimali Koreyadan olan nümayəndələrin iştirakına icazə verəcək.

Herbiand.az bu barədə TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, adı çəkilən ölkələr Ukraynadakı vəziyyətə görə əvvəllər bu mərasimə dəvət edilmirdilər.

Naqasaki meri Şiro Sudzuki qeyd edib ki, iştirak proseduru ilə bağlı dəqiqləşdirmələr Şimali Koreya nümayəndələrinə göndəriləcək. Tayvan BMT-də nümayəndəliyi olmadığı üçün bu sistemə daxil edilməyəcək.

Aprel ayında Xirosima hakimiyyəti də oxşar qərar qəbul edib. Rusiya, Belarus və KXDR nümayəndələrinə anım mərasimində iştirak edib-etməmək barədə qərar verməyə icazə verilib. Xirosima hakimiyyəti bu yanaşmanın daha çox ölkənin iştirakı üçün əlverişli atmosfer yaradacağına əminliyini ifadə edib.

Bəxtiyar CƏFƏRLİ