Finlandiya Müdafiə Nazirliyi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya sursat almaq üçün istifadə edəcəyini bildirib.
Herbiand.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Finlandiya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynanı müdafiə materialları ilə təmin etmək üçün Aİ tədbirlərini həyata keçirən ölkələrdən biri kimi seçilib”, - nazirliyin saytında dərc olunmuş press-relizdə deyilir.
Helsinki Avropa Komissiyası ilə Ukrayna üçün 90 milyon avro dəyərində iri çaplı döyüş sursatlarının alınmasına dair müqavilə imzalayıb. Sursatlar Finlandiya tədarükçülərindən alınacaq.
Bəxtiyar CƏFƏRLİ