Advertisment

“Dağlıq Qarabağın statusunun həlli gələcək nəsillərə qədər təxirə salınmalı idi” - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ (keçmiş - red.) üzrə danışıqlar prosesinin unudulmuş bəzi az məlum olan detallarını açıqlayıb.

Herbiand.az bu barədə erməni mətbuatına istinadən bildirir.

Erməni jurnalistin təcavüzkar hücumuna cavab olaraq rusiyalı nazir vurğulayıb ki, heç kim onları günahlandıra bilməz: “Çünki ən azı son 20 ildə həm prezident Putin, həm də prezident Medvedev sülh danışıqları yolu ilə ədalətli yanaşmanı təmin edən həll yollarını təbliğ ediblər”.

Lavrovun sözlərinə görə, ilk addım kimi Azərbaycanın 7 rayonundan 5-ni vermək, aralıq mərhələ kimi isə Kəlbəcər və Laçın rayonlarının saxlanılması, Dağlıq Qarabağın yekun statusu ilə bağlı qərarın uzun illər və mahiyyətcə gələcək nəsillərə çatdırılması təklif edilib: “Baş verənlər kompromis təkliflərin rədd edilməsinin nəticəsidir. Amma seçmək hüququ həyata keçirilib - formuldan imtina etmək”.

Bəxtiyar CƏFƏRLİ