Advertisment

Qarabağ ermənilərinin Ermənistan vətəndaşı olmaq istəyi çoxalıb

Getdikcə daha çox Artsax (qondarma – red.) sakini Ermənistan vətəndaşlığı üçün müraciət etməyə başlayıb.

Herbiand.az bildirir ki, bu barədə Ermənistan daxili işlər nazirinin rəis müavini Armen Kazaryan mətbuat konfransında bildirib.

Nazir müavini qeyd edib ki, mayın 20-nə olan məlumata görə, 9451 nəfər müraciət edib: “8315 nəfər vətəndaşlıq alıb. Söhbət yetkin vətəndaşlardan gedir. Yetkinlik yaşına çatmayanlar isə əgər ən azı bir valideyn vətəndaşlıq alıbsa, avtomatik olaraq onlar da vətəndaşlıq alırlar. Beləliklə, 2 mindən çox azyaşlı vətəndaşlıq alıb”.

Kazaryan deyib ki, müraciət edənlərin sayı artır: “İlin əvvəlində hər gün 20-yə yaxın şəxs müraciət edirdisə, hazırda onların sayı 40-ı ötüb. Nazirlik bunu insanların vətəndaşlıq almağın vacibliyini daha çox dərk etməsi ilə izah edir”.

Bəxtiyar CƏFƏRLİ