Advertisment

ABŞ Medinskini Ukrayna ilə danışıqlardan kənarlaşdırmağı xahiş edib

Ağ Ev administrasiyası Rusiya tərəfinə Vladimir Putinin köməkçisi Vladimir Medinskini Ukrayna ilə növbəti danışıqlara göndərməməyi xahiş edib.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi anonim mənbələrə istinadən məlumat yayıb.

“Vedomosti” isə Amerika xəbər agentliyinə istinadən yazır ki, Vaşinqton Medinskinin danışıqlar prosesində “sərt xətt”ə sadiqliyinə görə ukraynalılarla görüşlərdə iştirakını arzuolunmaz hesab edir.

Qeyd edək ki, Vladimir Medinski mayın 16-da Türkiyədə ukraynalılarla keçirilən görüşdə Rusiya nümayəndə heyətinə rəhbərlik edib.

Bəxtiyar CƏFƏRLİ