Rusiya ilə Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsi baş tutub.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna hərbi dairələrindəki mənbələrə istinadən Reuters agentliyi, eləcə də bəzi rusiyayönlü “müharibə müxbirləri” və Telegram kanalları, xüsusən də Kremlpərəst hesab edilən Mash məlumat yayıb.
"Ukrayna hərbi dairələrinin məlumatına görə, Rusiya ilə əsir mübadiləsi davam edir. Proses hələ tam başa çatmayıb".
Mübadilə Ukrayna və Belarus sərhəddində aparılır və başa çatdıqdan sonra Rusiyanın Ukraynaya qarşı apardığı üç illik müharibə zamanı əsir götürülmüş demək olar ki, bütün hərbçilər Rusiyaya qaytarılacaq.
Xatırladaq ki, bununla bağlı razılıq İstanbul görüşündə əldə edilib.