Rusiyada Ukrayna Silahlı Qüvvələrinin təxminən 10 min əsgəri əsirlikdədir.
Herbiand.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Kanalın müəlliflərinin sözlərinə görə, hazırda mübadilə “1000-ə 1000” formatında aparılır. Ukraynada isə əsirlikdə olan Rusiya Silahlı Qüvvələrinin 1300-ə yaxın əsgəri var və onların demək olar ki, hamısı vətənə qayıdacaq.
Əsirlərin dəyişdirilməsi siyahısına daxil edilən ruslar Ukraynanın Sumı şəhərindəki sərhəd koloniyasında saxlanılıb. Onlar əsasən Kursk və Xarkov istiqamətində əsir götürülən əsgərlərdir.
Bəxtiyar CƏFƏRLİ