Moldova hökuməti Kişinyovda “Rus Evi”nin fəaliyyəti ilə bağlı sazişin denonsasiyası layihəsini parlamentə göndərib.
Herbiand.az bu barədə TASS-a istinadən bildirir.
“Moldova Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında saziş denonsasiya edilir”, - məlumatda bildirilib.
Agentliyin məlumatına görə, Moldova Mədəniyyət Nazirliyi bu qərarı hazırkı geosiyasi vəziyyətlə əsaslandırıb.
Bəxtiyar CƏFƏRLİ