Advertisment

Polşa Baltik dənizi üzərində Rusiyanın Su-24 təyyarəsinin qarşısını alıb

Polşa Hərbi Hava Qüvvələri Baltik dənizi üzərində Rusiyanın Su-24 bombardmançı təyyarəsini ələ keçirib və müşayiət edib.

Herbiand.az bildirir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

“NATO-nun Avropadakı Müttəfiq Komandanlığı Litvada yerləşən Polşa Hərbi Hava Qüvvələrinə “təhlükəli manevrlər” həyata keçirən Rusiyaya məxsus Su-24 təyyarəsinin qarşısını almağı əmr edib”, - müdafiə naziri deyib.

O, jurnalistlərə bildirib ki, rus bombardmançı təyyarənin hərəkətləri, onun fikrincə, “təsadüfi deyil, qəsdən” olub.

Bəxtiyar CƏFƏRLİ