Advertisment

“Moskva artıq NATO-nun 5-ci maddəsinin işləyəcəyinə inanmır” - Alman kəşfiyyatı

Almaniya hesab edir ki, Moskva NATO-nun 5-ci maddəsini yoxlamaq istəyərdi. Bu maddə Şimali Atlantika Alyansının bir və ya bir neçə üzvünə hücumun hamıya hücum kimi hesab edilməsidir.

Herbiand.az bildirir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal “Table.Today”-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının aqressiyasını qiymətləndirməmək olmaz, axı Kremlin məqsədi Qərbə təsir dairəsini genişləndirməkdir: “Biz tamamilə əminik və kəşfiyyatın sübutları var ki, Ukrayna - bu Qərbə doğru bir addımdır. Moskvada artıq NATO-nun 5-ci maddəsinin işləməsinə inanmayan insanlar var. Və onlar bunu yoxlamaq istəyərdilər”.

Bəxtiyar CƏFƏRLİ